İraqın Kərkük şəhərində tarixi Kayseri bazarında güclü yanğın baş verib.
“Kommersant.az” xəbər verir ki, Osmanlılardan qalma bazardakı yanğın zamanı 67 qızıl-zinət əşyası dükanı tamamilə yararsız hala düşüb. Hadisə nəticəsində 1 milyard dollarlıq qızıl əriyib.
Rəsmilərin sözlərinə görə, əriyən qızılları xilas etməyə çalışırlar.
“67 qızıl dükanında təxminən 5 ton qızıl və digər qiymətli əşyalar var idi. Saatlarla davam edən yanğının təsirindən qızıllar yararsız hala düşüb”, - deyə açıqlamada deyilir.
Hadisə nəticəsində təxminən 200 min dollar dəyərində gümüş də əriyib.