USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Sosial müavinətlərlə bağlı qanunda dəyişiklik edildi

08.02.2023 Digər
1 0
“Sosial müavinətlər haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilib.

"Kommersant.az" xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev müvafiq qanunu imzalayıb.

Dəyişikliklə qanuna aşağıdakı məzmunda 10.3-1-ci maddə əlavə edilib:

“10.3-1. Müavinətlərin təyin edilməsi üçün zəruri olan sənədlərin və ya məlumatların Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə müvafiq dövlət orqanından (qurumundan) əldə edilməsi mümkün olduqda, həmin sənədlər və ya məlumatlar ərizəçidən tələb edilmir. Belə sənədlərin və ya məlumatların Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə əldə edilməsi mümkün olmadığı hallarda onların təqdim edilməsi ərizəçinin razılığı ilə sorğu əsasında müvafiq dövlət orqanından (qurumundan) tələb olunur və ya ərizəçi tərəfindən təmin edilir”.

  • Əvvəlki

    Türkiyənin Bakıdakı səfirliyindən vətəndaşlara - MÜRACİƏT

Digər xəbərlər

08.01.2025 Digər
Sabahın hava proqnozu - AÇIQLANDI
0 0
07.01.2025 Digər
Sabahın hava - PROQNOZU
0 0