USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Türkiyədə zəlzələdə ən çox ölüm sayı Hatay vilayətində qeydə alınıb

10.02.2023 Digər
15 0
Türkiyə sahiyyə naziri Fahrettin Koca ölkənin zəlzələ olan ərazilərində son vəziyyətini açıqlayıb.

Kommersant.az-ın Türkiyə KİV-lərinə istinadən verdiyi məlumata görə, ən çox ölüm sayı Hatay vilayətində qeydə alınıb - 5 111 nəfər.

"Kahramanmaraşda 4 879 ölü, 9 243 yaralı. Qaziantepdə 2 141 ölü, 11 min 563 yaralı. Şanlıufada 304 ölü, 4 min 663 yaralı. Diyarbəkirdə 212 ölü, 899 yaralı. Adanada 408 ölü, 7 min 450 yaralı. Adıyamanda 3 min 105 ölü, 11 min 778 yaralı. Malatyada 289 ölü, 7 min 300 yaralı. Osmaniyedə 878 ölü, 2 min 224 yaralı. Hatayda 5 min 111 ölü, 15 min 613 yaralı. Kilis, 74 ölü, 754 yaralı, Elazığda 5 nəfər ölüb, 379-u yaralanıb", - deyə nazir bildirib.

Xatırladaq ki, fevralın 6-da Türkiyədə səhər saatlarında 7.7 bal gücündə zəlzələ baş verib. Dərinliyi 7 kilometr olduğu müəyyən edilən zəlzələ Hatay, Qaziantep, Kilis, Osmaniye, Malatya, Adıyaman, Şanlıurfa, Diyarbəkir, Adana və Kahramanmaraş vilayətlərində ciddi dağıntılara səbəb olub.

  • Əvvəlki

    Dünya Bankı Türkiyəyə yardım üçün 1,78 milyard dollar ayıracaq

Digər xəbərlər