USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Türkiyədə qarşıdakı günlərdə zəlzələ ola bilər - PROQNOZ

10.02.2023 Digər
4 20
ABŞ-ın Cənubi Kaliforniya Universitetində zəlzələ fizikası üzrə araşdırma aparan Sylvain Barbot "Əsrin fəlakəti" olaraq xarakterizə edilən, Türkiyənin Kahramanmaraş şəhərinin Pazarcık rayonu olan 7,7 maqnitudalı və 9 saat sonra episentri eyni şəhərin Elbistan rayonu olan 7,6 maqnitudalı iki zəlzələ haqda fikirlərini bölüşüb.

Sözügedən zəlzələlərdə “təəccüblü” məqamların olduğuna diqqət çəkən Barbot bildirib ki, bir neçə saat fasilə ilə iki böyük zəlzələ olub və bir-birinə yaxın olan, lakin eyni olmayan iki fərqli qırılma xəttində birləşib, bu o qədər də tez-tez rast gəlinən bir hal deyil.

Türkiyə və Şərqi Anadolu bölgəsində çoxlu qırılma xətlərinin olduğunu vurğulayan Barbot qeyd edib ki, ilk zəlzələ Şərqi Anadolu qırılma xəttində baş verib: “Bu xətt Anadolu ilə şərq arasında sərhəddir və iki böyük qırılma xətti ilə birləşir. Bunlardan biri Şimali Anadolu qırılma xəttidir. Bu xətt 1999-cu ildə qırılıb. Digəri cənuba doğru gedir və bu xətlərdə də zəlzələ baş verməsi mümkündür".

ABŞ Geoloji Tədqiqat Xidmətinin (USGS) zəlzələ zərərləri üzrə tədqiqatçısı David Shelly isə deyib ki, Türkiyə zəlzələlərə çox meyllidir: “Türkiyə üç əsas tektonik piltə üzərində yerləşir. Çoxlu aktiv qırılma xətləri var, baş verən zəlzələlər çox böyükdür və nadir rast gəlinən vəziyyətdir”.

1999-cu ildə baş verən zəlzələlərin 3 ay fərqlə baş verdiyini xatırladan Şelli qarşıdakı günlərdə, həftələrdə və aylarda bölgəyə uyğun olmayan zəlzələlərin ola biləcəyini də deyib.

  • Əvvəlki

    Lavrov: Qərb Napoleon və Hitlerin acınacaqlı təcrübəsini mənimsəmək qərarı verib

Digər xəbərlər