Xəbər verdiyimiz kimi Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) xüsusi tapşırıqlar üzrə səfiri Fəxrəddin Qurbanov dünyasını dəyişib.
Mərhum səfir Elm və Təhsil Nazirinin müavini Firudin İsa oğlu Qurbanovun qardaşıdır. Onlar Ağsu rayonunda dünyaya gəliblər.
Qeyd edək ki, Fəxrəddin Qurbanov Kanada, Xorvatiya, Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığında səfir kimi (eyni zamanda Danimarka, İslandiya və İrlandiya Respublikasında akkreditə olunmuş) çalışıb. O, 3-cü dərəcəli Vətənə xidmətə görə ordeni və Əmək Fəaliyyətinə görə medal ilə təltif edilib, Avrasiya üzrə İlin Diplomatı seçilib, London şəhərinin Fəxri vətəndaşıdır. Firudin Qurbanov isə 2014-cü ildən Azərbaycan Respublikasının Elm və Təhsil nazirinin müavinidir (manset.az).