Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Avropa Bölgəsi direktoru Hans Kluge, Kahramanmaraşda baş verən zəlzələdən sonra ÜST-nin Türkiyənin yanında olduğunu vurğulayaraq, "Türkiyənin başına gələn zəlzələ, Avropada son 100 ildə görülən ən böyük təbii fəlakətdir" dedi.
ÜST-nin Avropa Regional direktoru Hans Kluge onlayn mətbuat konfransında bildirib ki, Türkiyəni vuran və Suriyada insan tələfatına səbəb olan zəlzələ son 100 ildə Avropa regionunda müşahidə olunan ən böyük təbii fəlakətdir. Zəlzələnin yaralarının sağalmasının zaman alacağını qeyd edən Kluge, "Proses nə qədər uzansa da, ÜST türk və Suriya xalqının yanında olacaq" dedi.
Türkiyənin vətəndaş müharibəsindən qaçan suriyalı qaçqınların üzünə qapılarını açdığını xatırladan Kluge, "İndi beynəlxalq ictimaiyyətin Türkiyənin illərdir göstərdiyi səxavəti göstərməsinin zamanıdır" dedi.