USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

İraqdan Türkiyəyə yanacaq dəstəyi

15.02.2023 Digər
9 1
Kahramanmaraş mərkəzli zəlzələlərdən sonra İraq hökuməti Türkiyəyə 30 min ton yüksək kükürdlü mazut tədarük etmək qərarına gəlib.

Episentri Kahramanmaraş olan zəlzələlərdən sonra İraqın Türkiyəyə yardımları davam edir. İraq Baş nazirliyinin mətbuat xidmətindən verilən açıqlamada, Baş nazir Məhəmməd Şia Sudaninin sədrliyi ilə toplanan İraq Nazirlər Şurasının Türkiyəyə 30 min ton kükürd tərkibli mazut tədarük edəcəyi bildirilib.

Türkiyə və Suriyada yaşayan İraq vətəndaşlarının vəziyyətinin müzakirə edildiyi yığıncaqda Nazirlər Kabinetinin də ölkələrinə qayıtmaq istəyən vətəndaşlar üçün hava və qurudan təxliyyənin başlanmasına qərar verdiyi bildirilib.