Ukrayna mətbuatı xəbər verir ki, Kiyev səmasında top şəklində olan naməlum uçan obyekt müşahidə edilib.
Çərşənbə axşamı günorta Ukrayna Hərbi Hava Qüvvələri komandanlığının nümayəndəsi Yuri İqnat da ölkə ərazisi üzərində hava şarlarının göründüyünü açıqlayıb. Belə ki, oxşar uçan obyektlər fevralın 12-də Dnepropetrovsk vilayəti üzərində səmada görünüb. Ukrayna Hərbi Hava Qüvvələrinin məlumatına görə, onların Rusiya ərazisindən buraxıldığı iddia edilir.