USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

İstanbulda da riskli binaların söküntüsünə başlanılıb

16.02.2023 Digər
3 1
Kahramanmaraşda zəlzələdən zərər çəkən 10 vilayətdə fəlakət qurbanlarının yaralarının sağalması üçün işlər davam edərkən, İstanbulda bələdiyyələrin şəhərsalma işləri davam edir. Büyükçekmece rayonunda şəhər çevrilmə çərçivəsində zəlzələ riski səbəbiylə yenidən tikiləcək 11 bloklu sahənin söküntü işlərinə başlanılıb.

Büyükçekmece Bələdiyyə Başçısı Hasan Akgün indiyə qədər 35 min evi təmir etdirdiklərini, bu gün daha 11 blokun söküldüyünü bildirib. Atatürk Mahallesi, Soydan Sokakdakı 66 müstəqil hissədən ibarət 11 bloklu sahə sökülərək yerində zəlzələyə davamlı yeni binalar tikiləcək. Büyükçekmece Bələdiyyə Başçısı Həsən Akgün söküntü ilə bağlı açıqlamasında indiyə qədər 35 min evi yenilədiklərini söylədi.

Son zəlzələdən sonra yeni bir qərar verdiklərini ifadə edən Akgün, "Vətəndaşların kefini gözləməyəcəyik. Qanunun bizə verdiyi səlahiyyətə əsaslanaraq köhnə zəlzələ qaydalarına uyğun tikilən binaları sökürük. 2004-cü ilə qədər tikilən bütün binalar bura daxildir".