Türkiyədə zəlzələdə həlak olanların sayı 42.310 nəfər olub.
Kommersant.az xəbər verir ki, bu barədə AFAD məlumat yayıb. Məlumata əsasən Türkiyənin 10 şəhərində baş verən zəlzələ nəticəsində həlak olanların sayı 42.310 nəfər olub.
Qeyd edək ki, dünən Türkiyənin Hatay şəhərində 6.4 bal gücündə təkrar zəlzələ baş verib. Zəlzələ nəticəsində 6 nəfər ölüb, 294 nəfər yaralanıb.