Kommersant.az APA-ya istinadla xəbər verir ki, bununla bağlı müvafiq əmr imzalanıb.
Əmrə əsasən, polis mayoru Ziyafət Səfərliyə Şahbuz rayon Polis Şöbəsinin rəisi vəzifəsinin müvəqqəti icrası həvalə olunub.
Bu gün Naxçıvan MR daxili işlər naziri Süleyman Nemətov Ziyafət Səfərlini şöbədə təqdim edib.
Ziyafət Səfərli indiyə qədər Bakının Suraxanı rayonunun Polis Şöbəsində çalışıb.
Qeyd edək ki, bir neçə gün əvvəl Şahbuz Polis Şöbəsinin rəisi Bahadur Əliyev vəzifəsindən azad olunaraq sərəncama götürülüb.
ABŞ-da quraqlıq pambığı çürütdü - QİYMƏTLƏR ARTDI, DİQQƏT
“Taxıl dəhlizi” ərzaq qiymətlərinin gedişatını müəyyən edəcək