USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

İstanbulda daha bir xəstəxananın boşaldılması ilə bağlı qərar

28.02.2023 Digər
18 2
İstanbuldakı Cerrahpaşa Tibb Fakültəsindən sonra Kağıthane Dövlət Xəstəxanasının boşaldılması qərarı verildi. Səhiyyə naziri Fahrettin Koca, "İstanbul Kağıthane Dövlət Xəstəxanamız Seyrantepe Şişli Hamidiye Etfal Təhsil və Araşdırma Xəstəxanamıza köçərək xidmətə davam edəcək" dedi.

Kahramanmaraş və Hatayda baş verən zəlzələlərdən sonra İstanbulda tikinti təhlükəsizliyi məsələsi gündəmə gəlib.

Səhiyyə müəssisələrinin binalarında araşdırmalar davam edir. Kağıthane Dövlət Xəstəxanasında müayinə başa çatıb. Zəlzələlərə dayanıqsız olduğu müəyyən edilən binanın köçürülməsinə qərar verilib.

Yaxın vaxtlarda xəstəxananın təxliyə olunacağı bildirilib.

Cerrahpaşa Tibb Fakültəsinin də qeyri-sabit olduğu təsbit edildi.

Dünən şəhərin önəmli xəstəxanalarından biri olan Cərrahpaşa Tibb Fakültəsinin binalarına baxış keçirilib. Ekspertizadan sonra binaların zəlzələyə davamlı olmadığı müəyyən edilib. Sosial şəbəkələrdə uzun müddətdir ki, binalardakı konstruksiyaların dağılması müzakirə olunur.

Fakültənin yalnız böyük hissəsi bağlanmış Təcili Tibbi Yardım və Uşaq Sağlamlığı və Xəstəlikləri Bölməsi açıq olacaq. Bütün əməliyyatlar da dayandırılacaq.