USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Türkiyə qapılarını Azərbaycana bağladı

09.03.2023 Digər
5 30
Türkiyənin Miqrasiya İdarəsi (Köç İdarəsi) Azərbaycan vətəndaşlarına turistik viza verilməsini ləğv edib.

Kommersant.az xəbər verir ki, Türkiyənin Miqrasiya İdarəsi Azərbaycan vətəndaşlarının viza tələbini geri çevirir. Belə ki, Azərbaycan vətəndaşlarının 3 aylıq Türkiyədə vizasız qalma müddətini 1 illik turistik viza ilə əvəz etmək istəyənlər rədd cavabı alaraq 10 gün ərzində Türkiyəni tərk etmə tələbi ilə üzləşirlər. Bundan sonra isə Azərbaycana geri qayıdan vətəndaşlarımıza 3 aylıq Türkiyəyə giriş qadağası tətbiq olunur.

Qardaş dediyimiz ölkənin Azərbaycandakı səfirliyinə müraciət edənlər isə “Sefa Visa” şirkətinə yönləndirilir. Bu şirkət də vətəndaşlarımıza viza seçimində yalnız iş və ya evlilik üçün qeyd olunan ailə vizasını seçilməsi tövsiyyə olunur. Çünki, geri qalan vizalarda Türkiyə tərəfinin vətəndaşlarımıza rədd cavabı verildiyi bildirilir.

Qeyd edək ki, Rusiya vətəndaşlarının Türkiyədən turistik viza alınmasına heç bir qadağa olunmayıb. Bu qadağa Azərbaycan ölkəsinə tətbiq olunub.