USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

“Gəmiqaya Holdinq”də daha bir parçalanma

15.03.2023 Digər
13 1
Ölkənin aparıcı şirkətlərindən olan “Gəmiqaya Holdinq”ə bağlı “Gəmiqaya Avtonəqliyyat” MMC-dən (VÖEN - 0201375131) ayrılma olub.

Kommersant.az xəbər verir ki, “Gəmiqaya Avtonəqliyyat” MMC tərkibindən “Ofis Hold-75” MMC-nin ayrılması nəticəsində yenidən təşkil olunduğunu elan edib.

Məlumat üçün bildirək ki, son zamanlar “Gəmiqaya Holdinq”ə bağlı şirkətlərdə nizamnamə kapitalının dəyişikliyi və çoxsaylı parçalanmalar həyata keçirilib.

Qeyd edək ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sabiq sədri Vasif Talıbovun ailə üzvlərinə məxsus olan “Gəmiqaya Holdinq”in adı bir müddət əvvəl dəyişdirilərək “Arkoz Holdinq” olub. “Arkoz Holdinq” türkiyəli iş adamı Emin Uçara məxsusdur. Emin Uçar eyni zamanda “Gəmiqaya Holdinq”in İdarə Heyətinin sədri olub.

Hazırda Naxçıvanda və Azərbaycanın digər bölgələrində həm “Gəmiqaya”, həm də “Arkoz” adlı onlarla şirkət mövcuddur.

Qeyd edək ki, Emin Uçara məxsus “Arkoz” şirkəti Türkiyədə də bir çox sahələrdə fəaliyyət göstərir.