USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

İQ səviyyəsi son əsrdə ilk dəfə aşağı düşüb

15.03.2023 Digər
16 22
Ən pis nəticələr isə 18-22 yaş və aşağı təhsil qruplarındadır.

Amerika mütəxəssislərinin onlayn keçirdiyi sınaqlar göstərib ki, insanlar IQ testlərində geriləyir. Adətən, bu zamana qədər elm adamları bunun əksini müşahidə edirdi: illər ərzində göstəricilərin tədricən artması, təhsilin əlçatanlığının və hər yeni nəsillə insanların ümumi intellektual inkişafı səviyyəsinin artması ilə əlaqədar olub.

Lakin 2006-2018-ci illər arasında könüllülər arasında keçirilən onlayn IQ testlərinin nəticələri alimləri təəccübləndirdi.

Elm adamları orta İQ ballarının daimi artımını Flynn effekti adlandırır. Bu termin ilk dəfə 1994-cü ildə tətbiq edilib. Güman edilir ki, bəşər övladı hər növbəti nəsillə daha ağıllı olur, buna görə də orta intellekt əmsalı (IQ) artır.

Əvvəlki araşdırmalar ardıcıl olaraq bir sonrakı nəsildən olan insanların IQ testlərində daha yüksək bal topladığını aşkar edərək bu nəzəriyyəni dəstəkləyirdi. Belə ki, 1932-2000-ci illər arasında 3-5 bal artım olmuşdu.

Amma son vaxtlar nəzəriyyənin dəyişməsinə səbəb olan bir şey baş verir. Son bir neçə ildə çoxsaylı araşdırmalar göstərib ki, bir çox Avropa ölkələrində, eyni zamanda ABŞ-da IQ səviyyəsi azalır.

Tədqiqatçılar yeni elmi məqalələrində ABŞ-da böyüklər tərəfindən 12 il ərzində keçirdikləri onlayn İQ testlərinin nəticələrindən öyrəniblər ki, IQ səviyyəsi cinsindən asılı olmayaraq bütün yaş qrupları üçün azalıb.