Bu barədə QMİ-dən məlumat verilib.
Bir nəfərlik ziyarət paketinin qiyməti 5750 ABŞ dolları təşkil edir.
Builki ziyarət Azərbaycanlı zəvvarlar üçün vahid formada təşkil olunacaq və təyyarə reysləri vasitəsi ilə həyata keçiriləcək.
Həcc ziyarətinə getmək üçün aşağıdakı sənədlər tələb edilir:
1. Xarici pasport;
2. Şəxsiyyət vəsiqəsinin surəti;
3. 3.5 × 4.5 sm ölçüdə 4 ədəd ağ fonda çəkilmiş rəngli fotoşəkil;
4. Sağlamlıq haqqında arayış.
Sənəd qəbulu Qafqaz Müsəlmanları İdarəsinin Bakı şəhəri, Mirzə Fətəli küçəsi 7 ünvanında yerləşən inzibati binasında aparılır.
Sənədlərin qəbulu 17 mart tarixindən başlanacaq.
Ərdoğan Şavkat Mirziyoyevlə görüşdü - FOTO
“Azərittifaq”da vəzifə davası: "Məzuniyyətdə olanda Eldar Quliyev məni işdən çıxardı..."