USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Amsterdam hakimiyyəti TikTok-u qadağan edəcək

29.03.2023 Digər
5 4
Amsterdam bələdiyyəsi, Hollandiya hökumətinin ardınca, dövlət qulluqçularının iş telefonlarında TikTok tətbiqini qadağan etmək niyyətindədir.

Amsterdam bələdiyyəsinin üzvü Turia Meliani şəhər şurasına yazdığı məktubda bildirib ki, şəhər dövlət qulluqçularının iş mobil telefonlarında TikTok istifadəsini qadağan etmək istəyir. Görünür, bələdiyyə ölkənin Nazirlər Kabinetindən nümunə götürmək qərarına gəlib.

Amsterdam bu cür tətbiqlərdən imtina etməklə şəxsi məlumatların "potensial təhlükəsizlik riskinin" qarşısını almaq istədiyini deyib. Şəhər rəsmiləri bundan əlavə Telegram kimi digər proqramların da gələcəkdə qadağan olunacağını istisna etmir.