USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Dövlət Gömrük Komitəsinin sədri İtaliya Respublikasının səfiri ilə görüşüb

31.03.2023 Digər
15 0
Martın 30-da Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Şahin Bağırov İtaliya Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Klaudio Taffuri ilə görüşüb.

Kommersant.az xəbər verir ki, görüşdə Azərbaycanla İtaliya arasında qarşılıqlı əməkdaşlıq münasibətlərindən, həmçinin gömrük sferasında daha səmərəli və işgüzar əlaqələrin qurulmasının vacibliyindən bəhs edilib. İtaliya Respublikasının Azərbaycanın mühüm ticarət tərəfdaşlarından biri olduğu, iki ölkə arasında iqtisadi-ticarət əlaqələrinin inkişafı və tənzimlənməsinə gömrük orqanlarının da mühüm töhfə verdiyi bildirilib. Eyni zamanda iki ölkənin gömrük orqanlarının ilkin məlumat mübadiləsi istiqamətində əməkdaşlığının perspektivləri barəsində müzakirələr aparılıb.

  • Əvvəlki

    Erməni daşnakların bolşeviklərlə birgə azərbaycanlılara qarşı həyata keçirdiyi soyqırımından 105 il ötür

Digər xəbərlər