Türkiyənin daha 6 əyaləti zəlzələ bölgəsi elan edilib.
Kommersant.az bu barədə Türkiyə KİV-nə istinadən xəbər verir.
Qeyd edilib ki, Bingöl, Kayseri, Mardin, Tunceli, Niğde və Batmanda fevralın 6-da baş verən zəlzələlərdə Bingöl, Kayseri, Mardin, Tunceli, Niğde və Batmanda binaların dağıldığı yaşayış məntəqələri ümumi həyata təsir edən fəlakət əraziləri kimi qəbul edilib.
Xatırladaq ki, daha əvvəl Türkiyənin Adana, Adıyaman, Diyarbəkir, Qaziantep, Hatay, Kahramanmaraş, Kilis, Malatya, Osmaniye və Şanlıurfa əyalətlərində fevralın 8-i saat 01:00-dan etibarən 3 ay müddətinə fövqəladə vəziyyət elan edilib.