Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi tərəfindən ölkədə qida təhlükəsizliyinə risk əsaslı yanaşmanın tətbiqi ilə mövcud problemlərin, o cümlədən baş verən zəhərlənmə halları və daxil olan istehlakçı şikayətlərinə dair məlumat bazasının təhlili nəticəsində bir sıra qida təhlükəsizliyi problemlərinin müəyyənləşdirilərək müvafiq addımların atılması məqsədilə hazırlanan Multimonitorinq Planının icrası davam etdirilir.
Bununla əlaqədar, ölkə ərazisində fəaliyyət göstərən ticarət şəbəkələrindən kolbasa və sosiska məhsullarından nümunələr götürülərək, müayinə üçün Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyalarına təqdim olunub. Belə ki, cari dövr ərzində 57-si kolbasa, 32-si sosiska olmaqla, ümumilikdə 89 adda məhsuldan nümunə götürülüb. Nümunələrin sınaq nəticəsinə əsasən, 80 məhsuldan götürülən nümunə normativ sənədlərin tələblərinə cavab verib.
6 istehsalçıya məxsus 9 məhsulda (6-sı kolbasa, 3-ü sosiska) uyğunsuzluqlar müəyyən edilib ki, bunlardan 4 məhsulda (3-ü kolbasa, 1-i sosiska) uyğunsuzluq təhlükəsizlik göstəriciləri ilə, 5-də isə (3-ü kolbasa, 2-si sosiska) etiket məlumatları ilə bağlıdır.
Nəzarət tədbirləri zamanı həmçinin, “Halal” adı ilə satışa çıxarılan kolbasa və sosiska məhsullarının analizi nəticəsində həmin məhsulların tərkibində donuz əti aşkarlanmayıb.
Agentlik tərəfindən məhsullarının təhlükəsizlik göstəriciləri ilə bağlı uyğunsuzluq aşkarlanan istehsalçı müəssisələrdə qanunvericiliyə uyğun yoxlamalar həyata keçirilir, həmin məhsulların satış şəbəkələrindən geri çağırılması, məhdudiyyətlərin tətbiqi, inzibati məsuliyyət və digər tədbirlər görülür. Yoxlamaların nəticələri barədə ictimaiyyətə ətraflı məlumat təqdim ediləcək.
Bununla yanaşı, AQTA istehlakçılara müraciət edir ki, satış şəbəkələrində təhlükəsizlik göstəricilərində uyğunsuzluq aşkarlanan kolbasa-sosiska məhsulu partiyalarını istehlak etməsinlər və bazarlarda aşkarlandığı halda dərhal Agentliyin “1003 − Çağrı Mərkəzi”nə məlumat versinlər.
Uyğunsuzluq aşkarlanan kolbasa-sosiska məhsulları və istehsalçıları ilə aşağıdakı cədvəldən tanış ola bilərsiniz:
Multimonitorinq Planının icrası məqsədilə kolbasa və sosiska məhsullarından götürülmüş nümunələrdə aşkarlanan uyğunsuzluqlara dair
MƏLUMAT
№
Məhsulun istehsalçısı
Məhsulun
əmtəə nişanı
Məhsulun növü
İstehsal tarixi
Aşkarlanan uyğunsuzluq
1
"Səhliyalı" Kiçik Müəssisəsi
"Səhliyalı"
yarım hisə verilmiş "Servelat" kolbasası
10.02.2023
Üzərində mal əti bəyan edilsə də, tərkibində toyuq DNT-si aşkarlanıb
2
Rəhimovların Ailə Təsərrüfatı
"Kəndli"
bişirilmiş hisə verilmiş kolbasa
22.02.2023
Üzərində donuz əti bəyan edilmədiyi halda, tərkibində donuz DNT-si aşkarlanıb
3
"Sevilən Ad" MMC
"Dilim-Dilim"
bişmiş "Lyubitelskaya" kolbasası
21.02.2023
Təhlükəsizlik göstəricilərində uyğunsuzluq aşkarlanıb
4
"Əsl Dad"
bişmiş "Toyuq" kolbasası
10.02.2023
5
"Əsl Dad"
bişmiş "Doktorskaya" kolbasası
20.02.2023
6
"Mir 2016" MMC
"Köhnə Dad"
yarım hisə verilmiş "Servelat" kolbasası
04.02.2023
Üzərində mal əti bəyan edilsə də, tərkibində mal DNT-si aşkarlanmayıb
7
"M&T" Ltd firması
"Sevimli Dad"
əla növ südlü sosiska
05.02.2023
Üzərində mal əti bəyan edilsə də, tərkibində mal DNT-si aşkarlanmayıb
8
"Səhliyalı" Kiçik Müəssisəsi
"Halal 5+"
"Sacüstü" halal sosiska
04.02.2023
Üzərində mal əti bəyan edilsə də, tərkibində mal DNT-si aşkarlanmayıb
9
"Ovçular Ət və Ət Məhsulları" MMC
"Ovçular"
"Külləmə" halal sosiska
17.02.2023
Təhlükəsizlik göstəricilərində uyğunsuzluq aşkarlanıb