"E manat" ödəniş terminalından külli miqdarda pul oğurlanıb.
Kommersant.az xəbər verir ki, Bakının Qala qəsəbəsində marketlərin birində yerləşdirilən "e manat" ödəniş terminalı gecə saatlarında şəxs və ya bir neçə şəxslər tərəfindən sındırılaraq içindəki pul vəsaiti oğurlanıb.
Market sahibinin verdiyi məlumata görə, oğrular terminaldan təqribi 30 min manatdan çox pul apara bilib.