USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

"Biz doğulduğumuz cinsiyyətin fərqindəliyini artırsaq, daha yaxşı olar" - PSİXOLOQ

01.05.2023 Digər
13 5
“Bu məsələnin problem kimi qoyuluşunda əslində bir problem var. Çünki biz bu məsələyə bir azərbaycanlı, eyni coğrafiyada böyümüş insanlar kimi baxırıq. Buna görə də bu məsələ bizim üçün qəti şəkildə qəbul olunmazdır. Çünki burada istər yaşadığımız ərazi, istər doğulduğumuz coğrafiya, istər menatllığımız, daha güclüsü isə basqın bir dinə mənsubluğumuz var. Bizim dində bu məsələyə tolerans olmayan münasibət bəslənir deyə bizlərin bu mövzuda fikir bildirməsi, ya da bunu qəbul etməsi özü cəmiyyət tərəfindən qəbul olunmamağımıza gətirib çıxaracaq”.

Kommersant.az-a bu sözləri psixoloq Əfsanə Rüstəmli deyib.

Psixoloq qeyd edib ki, biz həm də məsələyə tibbi yöndən baxmalıyıq:

“Bir insan doğulanda müəyyən bir cinsiyyət orqanı ilə doğulur. Bu cinsiyyət orqanı onun həm də bədənindəki hormonların səviyyəsini müəyyənləşdirən göstəricidir. Əgər biz ikili cinsiyyətlə doğulsaydıq, o zaman icazə verməli idik ki, insanın yatqınlığı daha çox hansı cinsiyyətinədisə, onu seçsin. Hazırda da bu edilir.

İndi burada ortaya bir sual çıxır. Biz o şəxslərə icazə verəndə ki, cinsiyyətlərini özləri seçsinlər, onların yaradılışında olan cinsiyyətdən başqa fərqli cinsiyyətin seçilməsinə ehtimal yaradırıq. Belə olan halda biz həm də onların fiziki müdaxilə ilə hormonlarını və cinsiyyətini dəyişirik. Nəticədə həmin şəxsə ”azadlıq” verdiyimizi sanırıq, eyni zamanda yaradılışdan ona bəxş olan üstünlüklərini, hüquqlarını əllərindən alırıq”.

Əfsanə Rüstəmli əlavə edib ki, biz əslində doğulduğumuz cinsiyyətin fərqindəliyini artırsaq, daha yaxşı olar, nəinki başqa cinsiyyət axtarışına çıxaq:

“Burada isə niyə belə bir məsələnin qabardılmasına ehtiyac duyulduğu araşdırılmalıdır, nəinki bunun doğru və ya yalnış olduğu. Öyrənilməlidir ki, hansı boşluqdan, hansı problemdən yarandı bu ehtiyac. Nəyə əsasən uşaqlarımıza və cəmiyyətə belə bir azadlıq verək ki, sən əslində doğulduğun cinsiyyətdə qalmaya bilərsən”.

Psixoloq qeyd edib ki, əslində elə onlara oğlan və qız deyil, insan olaraq müraciət etmək doğrudur, ta ki o özünü istədiyi cinsdə təqdim edənə qədər:

“Yəni, şəxs özü buna qərar verməlidir. Biz ona cinsiyyət bildirən basqı etməməliyik. Burada məsələnin qoyuluşu daha önəmlidir. Hansı ki, bu onlara uyğundurmu, uşaqlara bu cür “azadlıq” verilməlidirmi və s. Bunu düşünməkdənsə, düşünmək lazımdır ki, bu azadlığı düşünən insanlar bu mövzunu niyə aktuallaşdırdı, harada belə bir boşluq, ehtiyac gördülər və s. Çünki bu deyilən məsələlər elə də asan deyil, kifayət qədər həm güclü, həm maddi, həm də psixoloji güc tələb edən anlamdır”.

Qeyd edək ki, ABŞ-ın Vermont ştatında bir məktəb elan edib ki, beşinci sinifdən "oğlan" və ya "qız" sözlərindən istifadə etmək lazım deyil, bunun əvəzinə "sperma ifraz edən şəxs" və "yumurta ifraz edən şəxs" ifadələrindən istifadə etmək tövsiyə olunur.
Essex Westford School District Fox News-a verdiyi açıqlamada, "Şagirdlərlə ünsiyyətdə aşağıdakı ifadələrdən istifadə edəcəyik: oğlan yerinə "sperma", qız yerinə "yumurta ejektoru"" deyib.