USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Avropa Məhkəməsi “Azneft”in xeyrinə çıxarılmış qərarda pozuntu tapdı

04.05.2023 Digər
18 4
Avropa Məhkəməsi mayın 4-də Əlif Əhmədov və başqaları Azərbaycana qarşı işi üzrə qərarını elan edib. Məhkəmə işi ərizəçilərin uzun illər yaşadıqları evdən planlaşdırılmış şəkildə çıxarılması və evin sökülməsi ilə bağlı idi. Avropa Məhkəməsi qeyd edib ki, ərizəçilər barəsində çıxarılmış qərar onların fərdi yaşayış durumlarının yetərli incələməsi aparılmadan icra edilərsə, Konvensiyanın 8-ci maddəsinin (şəxsi və ailə həyatına hörmət hüququ) pozuntusu baş vermiş olacaq. Pozuntunun müəyyən edilməsini ərizəçilərə dəymiş mənəvi zərərə görə ədalətli əvəz sayan məhkəmənin qərarına görə, hökumət xərc və məsrəflərə görə 630 avro ödəməlidir.

Pravda.az-ın xəbərinə görə, bu barədə hüquqşünas Xalid Ağalı məlumat verib.

“Avropa Məhkəməsi Azərbaycandan göndərilmiş ərizələr üzrə növbəti qərarlarını gələn həftə elan edəcək. Mayın 11-də Azərbaycanla bağlı 3 qərar və qərardad - Əsgərova Azərbaycana qarşı, Quliyev və başqaları Azərbaycana qarşı, Hacıyev və Zeynalov Azərbaycana qarşı işləri üzrə yekun qərarlar açıqlanacaq”, - X.Ağalı bildirib.

  • Əvvəlki

    Prezident İlham Əliyev Zəngilan rayonuna səfər etdi - FOTOLAR

Digər xəbərlər