USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

İzmirin məqsədi iqlimsiz bir şəhər olmaqdır

05.05.2023 Digər
41 2
İzmir Böyükşəhər Bələdiyyə Başçısı Tunç Soyer İqlim Böhranı zirvəsinə qatılaraq, dayanıqlı bir şəhər yaratmağın vacibliyini vurğuladı. Soyer, “2030-cu ildə İzmir iqlim baxımından neytral bir şəhər olacaq. Çətin olduğunu bilirik, amma bunu edəcəyik. Bizim başqa prioritetimiz ola bilməz", dedi.

Kommersant.az xəbər verir ki, İzmir Böyükşəhər Bələdiyyə Başçısı Tunç Soyer Ege Sənayeçi və İş Adamları Dərnəyi (ESİAD), Beynəlxalq Rotary və ESRAG ilə əməkdaşlıq çərçivəsində təşkil edilən İqlim Böhranı sammitində iştirak edib. ESİAD-ın qərargahında keçirilən yığıncaqda çıxış edən Tunç Soyer, “Bizim 4 milyard yarım illik bir planetimiz var və o, indi xəstədir. Son 50 ildə hava 1,2 dərəcə istiləşib. Zəlzələ, sel, sunami olanda təəccüblənirik. Ancaq bunlar xəstəliyin əlamətləridir. Əvvəlcə xəstəliyin əlamətləri ilə qarşılaşırıq.

Xəstə planetdə heç birimizin sağlam olma ehtimalı yoxdur. Bu planet sağlamlaşmadan fərd olaraq sağlam olmağımız mümkün deyil. Və təəssüflər olsun ki, xəstəliyin əlamətlərini ən çox göstərdiyi yer Aralıq dənizi hövzəsidir. Təəssüf ki, hələ bu kimi hallarla daha çox qarşılaşacağıq. Daha çox daşqınlar, sunamilər, tornadolar görəcəyik.

Bu səbəbdən biz prioritetimizi dayanıqlı şəhər yaratmağa həsr etməliyik. Bu, təkcə yerli hökumət olaraq deyil, həm də mərkəzi hakimiyyət və qeyri-hökumət təşkilatları baxımından birinci prioritetimiz olmalıdır”.