İranda zorlama və narkotik cinayətlərində təqsirli bilinən 7 nəfərin edam edildiyi bildirilir.
Kommersant.az xəbər verir ki, Norveçdə yerləşən İran İnsan Haqları Təşkilatının verdiyi məlumata görə, Kərəc şəhərindəki Recai Şəhr həbsxanasında zorlama ittihamı ilə edama məhkum edilən 4 məhbusun hökmü icra edilib.
Narkotik cinayətlərinə görə mühakimə olunduqdan sonra edama məhkum edilən 3 nəfərin edamı Kərəc Gözəl Hisar həbsxanasında həyata keçirilib.
Birləşmiş Millətlər Təşkilatının (BMT) İnsan Haqları üzrə Ali Komissarı Volker Türk dünən verdiyi açıqlamada İranda ilin əvvəlindən bu yana ən azı 209 nəfərin edam edildiyini və bu rəqəmin "narahatedici" olduğunu bildirib. Türk İran hakimiyyətini ölüm hökmünü ləğv etməyə və ya bütün edamları dayandırmağa çağırmışdı.