USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

"Adobe" şirkətinə cərimə protokolu yazıldı

10.05.2023 Digər
35 9
"Adobe" MMC-yə cərimə protokolu yazılıb.

Kommersant.az-ın əldə etdiyi məlumata görə, şirkət barəsində Mərkəzi Bank tərəfindən İnzibati Xətalar Məcəlləsinin 430.4-cü (Avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə) maddəsi ilə inzibati protokol tərtib edilib.

Daha sonra protokol baxılması üçün Nərimanov Rayon Məhkəməsinə göndərilib.

İş hakim Xalidə Əlisoyun icraatına verilib.

Məhkəmənin ilkin hazırlıq iclasının vaxtı hələlik açıqlanmayıb.