USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Bu saytların fəaliyyəti müvəqqəti dayandırıldı

11.05.2023 Digər
3 23
İnformasiya təhlükəsizliyi tələblərinə cavab vermədiyindən 6 dövlət informasiya ehtiyatının fəaliyyəti Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti tərəfindən dayandırılıb.

Bu barədə Kommersant.az-a Dövlət Xidmətindən məlumat verilib.

Aparılan audit yoxlamaları nəticəsində müəyyən edilmiş təhlükəsizlik risklərinin aradan qaldırılmaması səbəbindən Ekologiya və Təbii Sərvətlər Nazirliyinin http://ayl.eco.gov.az, Xarici İşlər Nazirliyinin http://aida.mfa.gov.az və http://nakhchivan.mfa.gov.az, Qusar Rayon Gənclər və İdman İdarəsinin http://qusar-gii.gov.az, Gəncə Avtomobil Zavodunun http://ganjaauto.gov.az və İsmayıllı Rayon Bələdiyyəsinin http://ismayilli-bl.gov.az elektron informasiya ehtiyatının fəaliyəti dayandırılıb.

Sözügedən saytlarda infomasiya təhlükəsizliyi üzrə çatışmazlıqlar aidiyyəti qurumlar tərəfindən aradan qaldırıldıqdan sonra onların fəaliyyəti bərpa ediləcək.

  • Əvvəlki

    İqtisadçı daşıyıcı şirkətlərin Baş nazirə müraciətini şərh etdi - “Bu qiymət artımının siqnalıdır”

Digər xəbərlər

08.01.2025 Digər
Sabahın hava proqnozu - AÇIQLANDI
0 0
07.01.2025 Digər
Sabahın hava - PROQNOZU
0 0