USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

BMT qlobal istiləşmə ilə bağlı xəbərdarlıq edir - Azərbaycanı nə gözləyir?

18.05.2023 Digər
4 0
Birləşmiş Millətlər Təşkilatına (BMT) bağlı Ümumdünya Meteorologiya Təşkilatı (WMO) 2023-2027-ci illərdə dünyada rekord hava istiliyinin müşahidə oluna biləcəyini açıqlayıb. Hesabatda 2023-2027-ci illərdən ən azı birinin ən isti il olacağı və 5 ilin hamısının qlobal temperaturun rekord səviyyələrə çatdığı dövr olma ehtimalının 98% olduğu bildirilib. BMT-nin bu açıqlamasını nəzərə alsaq Azərbaycanı bu il nə gözləyir?

Kommersant.az məsələni ekoloq Rövşən Abbasovla müzakirə edib.

Ekoloq bildirib ki, hər il olduğu kimi bu ildə Azərbaycanda yay aylarının isti keçəcəyi gözlənilir:

“Təbii ki, isti tempratur şəraiti çox saylı problemlərin yaranmasına gətirib çıxara bilər”.

Rövşən Abbasov bu problemlərdən əsas iki başlıca problemi qeyd etmək olar:

“Bunun birincisi su çatışmazlığıdır, Əhalinin artması, təsərrüfatda sudan istifadə edilməsi və s. İqlim dəyişmələrinin təsiri nəticəsində suya tələbat artmışdır. Eyni zamanda su mənbələrinin suvermə qabiliyyəti azalıb. Bizim çaylarda, göllərdə, bulaqlarda əvvəlki qədər su yoxdur. Buna görə də su ehtiyatlarından effektli istifadə mexanizmləri işlənməlidir. Çalışmaq lazımdır ki, xüsusilə suvarma sistemində su itkiləri mümkün qədər azaldılsın. Çaylar və digər su mənbələrindən özbaşına su götürmələrinə nəzarət ciddi artırılsın ki, bu cür hallar baş verməsin”.

Ekoloq qeyd edib ki, yay mövsümündə ikinci mümkün olacaq problem meşə yanğınlarıdır.

“Havalar istiləşən zaman otlar quruyur, alışqanlıq çoxalır və bəzən adi bir siqaret kötüyü böyük yanğınların yaranmasına gətirb çıxarır.

Bu yanğınların qarşısını almaq üçün hökmən turistləri, meşlərə səfər edən şəxsləri maarifləndirmək lazımdır. Onlara meşə yanğınlarından necə qorunmaq, hansı qaydalara riayət etməli olduqlarını başa salmaq lazımdır. İnsanlar bu sahədə maarifləndirilməlidir. Təbii ki, müvafiq strukturlar da bu istiqamətdə daha yüksək hazırlıq vəziyyətinə gətirilməlidir”.

  • Əvvəlki

    Paşinyan Azərbaycan və Rusiya liderləri ilə görüşəcəyi tarixi açıqlayıb

Digər xəbərlər