Beynəlxalq Filip Morris şirkətinin rəhbərliyi siqareti qadağan etməyi təklif edir.
Kommersant.az xəbər verir ki, Böyük Britaniya hökuməti 2030-cu ilə qədər yeni benzin və dizel avtomobillərinin satışını dayandırmağa söz verib.
"Biz tütün məmulatları ilə də eyni addımı ata bilərik", - deyə PMI rəhbəri Daily Mail-ə müsahibəsində deyib.
Olçak hesab edir ki, siqaret muzeylərdə olmalıdır, vape isə onları əvəz etməlidir. Siqaretlə mübarizənin bir hissəsi olaraq, tütün şirkətləri hökumətlərin köməyi ilə siqaretə daha az zərərli alternativlər kəşf edə bilərlər.
Xatırladaq ki, Philip Morris International dünyanın ən böyük tütün məmulatları istehsalçılarından biridir. Şirkətin tarixi 1847-ci ildə Londonda əllə bükülmüş türk siqaretləri satan tütün dükanının açılması ilə başlayıb. PMI-nin baş ofisi Lozannada yerləşir. Şirkətin brendləri arasında Chesterfield L&M, Marlboro, Muratti, Parliament, Philip Morris, Virginia Slims və s. IQOS tütün isitmə sistemi brendi mövcuddur.