USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Pasport və yeni nəsil şəxsiyyət vəsiqəsi blanklarının idxalı ƏDV-dən azad edildi

08.06.2023 Digər
37 15
Prezident İlham Əliyev 1 iyul 2022-ci il tarixli fərmanı ilə təsdiq edilmiş “İdxalı əlavə dəyər vergisindən azad edilən xammal və materialların siyahısı”nda dəyişiklik edib.

Kommersant.az xəbər verir ki, dövlət başçısı bununla bağlı yeni fərman imzalayıb.

Fərmana əsasən, xaricdə çap olunmuş pasport və yeni nəsil şəxsiyyət vəsiqəsi blanklarının idxalı əlavə dəyər vergisindən (ƏDV) azad edilib.