USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Qəzaya uğrayan sualtı qayığın axtarışları davam edir

21.06.2023 Digər
26 13
Bildirilib ki, “Titanik”in batdığı yerə üzən sualtı qayığın axtarışları zamanı sualtı səslər aşkar edilib. 5 nəfərin olduğu sualtı qayıqda təxminən bir günlük oksigenin qaldığı bildirilib.

Kommersant.az xəbər verir ki, ABŞ Sahil Mühafizəsi Kanada ordusunun ekipajlarının 1912-ci ildə aysberqə çırpılaraq Atlantik okeanında batan Titanik gəmisinə turist səfəri zamanı itən sualtı qayığı axtararkən suyun altından səslər eşitdiyini bildirib.

ABŞ Sahil Mühafizəsindən verilən yazılı açıqlamada, Kanada hərbi axtarış təyyarəsinin sualtı qayığa aid ola biləcəyini düşündükləri bəzi səsləri su altında təsbit etdiyi deyilib.

Səslərin sualtı qayığa aid olub-olmadığı hələ dəqiq olmasa da, sözügedən səslərin 30 dəqiqəlik fasilələrlə eşidildiyi və hələlik bölgədə aparılan axtarışlarda müsbət nəticə əldə olunmadığı bildirilib.

Digər tərəfdən ABŞ Sahil Mühafizəsi 5 nəfərin olduğu sualtı qayıqda 28 saat oksigenin qaldığı məlumatını paylaşıb.