USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

İstanbulda dənizə girmək qadağan olundu

24.06.2023 Digər
16 17
İstanbulda xüsusi ərazilər xaricində dənizə girilməsi qadağan edilib.

Kommersant.az xəbər verir ki, İstanbul Valiliyi suda boğulma hallarının qarşısını almaq üçün şəhərdə üzgüçülük sahələri və çimərliklərlə bağlı qəbul edilən qərarı açıqlayıb.

Valilikdən verilən açıqlamada xüsusilə yay mövsümündə diqqətsizlik, ehtiyatsızlıq, müəyyən edilmiş qaydalara əməl edilməməsi və qadağan olunmuş ərazilərdə çimildiyindən suda boğulma hallarının artdığı diqqətə çatdırılıb. Bəyanatda hər bir vətəndaşın canının və əmlakının qorunmasının, arzuolunmaz halların qarşısının alınmasının əsas vəzifələrdən olduğu bildirilib və bu vəzifənin icrasında aidiyyəti qurumların tədbirlər görməsi, görülən tədbirlər barədə bildirilib.

Açıqlamada bildirilib ki, Valilik cəmiyyətin sağlamlığı və rifahı, insanların can və mallarının təhlükəsizliyi, vətəndaşların sağlam və suda üzmək ehtiyaclarını təmin etmək üçün bəzi tədbirlər görməyə qərar verib.