USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

İyulun 3-dən Moskvadan Gəncəyə uçuşların sayı artırılır

03.07.2023 Digər
26 0
Rusiyanın “Utair” aviaşirkəti iyulun 3-dən Moskvadan (Vnukovo) Gəncəyə uçuşların sayını artırır.

“Biz beynəlxalq uçuş proqramını genişləndirməyə davam edirik. Bu mövsüm Surqut və Tümendən Azərbaycanın paytaxtı Bakıya reyslərin sayını artırmışıq. Yayda isə Moskvadan Gəncəyə hər gün uçuşlar həyata keçirməyə başlayırıq”, – deyə “Utair – Sərnişin Hava Yolları”nın prezidenti Oleq Semyonov bildirib.

Daha əvvəl şirkət qeyd olunan istiqamətdə həftədə 5 dəfə uçuş həyata keçirirdi.

Uçuş müddəti 3 saat 45 dəqiqədir.

“Utair” Rusiyanın ən iri aviaşirkətlərinin onluğuna daxildir.

Hazırda aviaşirkət Qroznı-Bakı, Moskva-Bakı, Samara-Bakı, Sankt-Peterburq-Bakı, Surqut-Bakı, Tümen-Bakı, Ufa-Bakı, Moskva-Gəncə, Moksva-Naxçıvan istiqamətində reyslər təşkil edir.