USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Zəlzələ panikasından necə qurtulmaq olar? - Psixoloq açıqlayır

04.07.2023 Digər
21 5
“Dünən baş verən zəlzələdə insanları təlaşa salan onların fidbaklarıdır, hansı ki, qardaş Türkiyədə bu ilin fevral ayında baş vermiş dəhşətli zəlzələni insan tələfatını, dağıntıları bizim insanlar da dünən baş verən zəlzələ ilə eyniləşdirdilər. Eynilə bu şey bizdə də ola bilər, bizdə də baş verə bilər deyə düşündülə”r.

Kommersant.az xəbər verir ki, bu sözləri psixoloq Elnur Rüstəmov dünən baş verən zəlzələ zamanı insanların təlaşlanması, panikaya düşməsi haqqında danışarkən deyib.

Psixoloq bildirib ki, insanlar həmin anda düşünür ki, nə qədər biz evi tez tərk eləsək, o qədər də bu faciədən qurtula bilərik: “Ajiotaj daha çox bundan bağlı idi. Çünki 2000-ci ildə Bakı şəhərində zəlzələ olmuşdu. Ancaq insanların reaksiyaları bu dərəcədə olmamışdı. Dünən gecə baş verən zəlzələ, hansı ki, o zəlzələnin gücü 2000-ci ildə Bakı şəhərində baş verən zəlzələnin gücü ilə eyni deyildi. Ancaq insanların reaksiya vermələri daha çox qeyd etdiyim kimi, Türkiyədə baş verən zəlzələ ilə bağlı idi. Əlbəttə, zəlzələ təbii fəlakəti insan tələfatı ilə müşayiət olunur. Ancaq dünən zəlzələ 5.5 bal gücündə idi. Elə insanlar var ki, zəlzələni hiss etməmişdilər. Bu da insanların narahat olduğunun gərgin olduğunun göstəricisidir. Və yaxın aylarda qardaş Türkiyə Respublikasında baş verən dəhşətli zəlzələnin təsiri idi ki, bu gün onlar da bu proses və hadisəyə bu cür reaksiya verirlər”.

Psixoloq bildirib ki, insanları təlaşlandırmamaq üçün bir neçə məsələyədiqqət etməliyik: “Dezinformasiyalar paylaşılmamalıdır. Zəlzələ ilə baş verən hadisə ilə bağlı paylaşımları minimum həddə endirmək lazımdır. Daha çox bu məlumatlara istinad etmək lazımdır və bütövlükdə götürəndə isə cəmiyyət olaraq biz qəbul etməliyik ki, bu gün biz informasiya əsrində yaşayırıq və hər bir informasiya da bizdə bir emosional reaksiya verilməsinə səbəb olur. Bu səbəbdən də biz psixoloji sağlamlığımızın, psixoloji dayanıqlılığımızın qeydinə qalmalıyıq. Hər bir insan öz psixoloji müvazinətini, psixoloji tarazlığını qorumaq üçün stressə qarşı davamlı olmaq üçün şübhəsiz ki, müəyyən işlər görməlidir. Bura kitab oxumaq, yürüş eləməli, sağlam həyat tərzi yaşamalıdır. Doğmalarının yaxınlarının daha çox canlı ünsiyyətdə olamalıdır». Psixoloq əlavə edib ki, əgər insanın sosial çevrəsi olarsa, insanın ünsiyyəti olarsa, insan özünü inkişaf etdirərsə, istər həyat tərzi baxımından düşüncə tərzi baxımından nə qədər özünü inkişaf etdirmiş olarsa, müasir dövrün çağırışlarına qarşı bir o qədər dayanıqlı olacaq: “Dolayısı ilə insanın psixoloji dayanıqlılığı bir o qədər möhkəm olacaq ki, o da onun həyat keyfiyyətinin artmasına müsbət təsir göstərəcək”.