USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Türk təyyarəsi Bakıda təcili - ENİŞ ETDİ

10.07.2023 Digər
11 14
"Turkish Airlines" aviaşirkətinin İstanbul-Hoşimin reysini yerinə yetirən hava gəmisinin kapitanı Heydər Əliyev Beynəlxalq Aeroportuna təcili eniş sorğusu göndərib.

Kommersant.az xəbər verir ki, buna səbəb təyyarədə olan sərnişinlərdən birinin səhhətinin qəflətən pisləşməsi olub.

"Airbus A350" təyyarəsi yerli vaxtı ilə saat 06:52-də Bakı hava limanında uğurla eniş edib.

Enişdən dərhal sonra sərnişin təcili tibbi yardım briqadasına təhvil verilib və paytaxt klinikalarından birinə çatdırılıb.