USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Şəhərin mərkəzindən kənarlara doğru bahalaşan parkinq qiymətləri - Bu fərqə səbəb nədir?

10.07.2023 Digər
6 21
Nazirlər Kabineti nəqliyyat vasitələrinin parklanmasına görə yeni ödəniş qaydalarını təsdiq edib. Qərara əsasən parkinq qiymətləri Bakının mərkəzində 1 saata görə 1 manatdan başlayaraq, mərkəzdən kənar zonalara keçdikcə, 70, 40, 30 qəpik olacaq.

Bəs paytaxtın mərkəzi ilə kənar yerlərdəki parklanma qiymətləri arasındakı fərqə səbəb nədir.

Kommersant.az məsələni nəqliyyat məsələləri üzrə ekspert Yasin Mustafa ilə müzakirə edib.

Yasin Mustafa bildirib ki, şəhər mərkəzində adətən parkinq yerləri məhdud olur:

“İnsanların şəhər mərkəzinə çox vacib hallarda gəlməyə, həmçinin sıxlıq yaratmamağa görə bu tariflər tətbiq edilir”.
Ekspertin sözlərinə görə bu qayda dünya təcrübəsində də var:
“Böyük şəhərlərdə maşınların parkinqlənməsi bir neçə katiqoriyaya bölünür və belə qiymətləndirmələr aparılır. Orda da mərkəz ərazilərdə parklanmalar daha baha olur, mərkəzdən kənara getdikcə katiqoriyalar üzrə qiymətlər daha da ucuzlaşır”.

Yasin Mustafa əlavə olaraq bildirib ki, bu qaydanın tətbiqi sıxlığın qarşısını almaq üçündür:
“Tətbiq olunan meyarlar da buna görə müəyyən edilib ki, şəhərin mərkəzində sıxlıq yaranmasın, vətəndaşlar şəhərin mərkəz hissələrinə nəqliyyat vasitələri ilə gəlməsin, həmçinin sıxlığın aradana qaldırılması da bu qərarla müəyyən qədər təmin olunacaq”.

  • Əvvəlki

    Bank Respublika və Sahibkarlığın İnkişafı Fondu nümayəndələri Naxçıvanda sahibkarlarla görüşdü

Digər xəbərlər