USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Çimərliklərdə hökm sürən antisanitariya - Bu həmişə problem olub

10.07.2023 Digər
26 12
“Çimərliklərin çirkləndirilməsi Azərbaycanda həmişə böyük problem olub.

Bunun da əsas səbəbi məlumat qıtlığının olmasıdır”

Kommersant.az xəbər verir ki, bu sözləri ətraf mühit məsələləri üzrə ekspert Rövşən Abbasov Bakının bir çox çimərliklərində antisanitar vəziyyət haqqında danışarkən deyib.
Ekspert deyir ki, insanlar istirahət etdikləri yerin dəyərini, qiymətini hələ də tam anlamırlar:
“Bir insan getdiyi yeri zibilləyirsə, əlbəttə ki, oturduğu budağı kəsmiş olur”.

Rövçən Abbasov qeyd edir ki, bu antisanitar vəziyyət Novxanı-Pirşağı zonası üçün problemdi. Bu ərazilərdəki çimərliklərdə çirkab sularını gözlə görmək olar:
“Çünki həmin sular bir başa Xəzər dənizinə axıdılır. Bunun qarşısı hökmən alınmalıdır.
Hazırda Pirşağıda bu vəziyyətin qarşısının alınması üçün təxminən 15 yaşayış məntəqəsini birləşdirəcək yeni su təmizləmə qurğuları istifadəyə verilir. Bu qurğular tikildikdən sonra mərkəzləşmiş kanalzasiya xətləri həmin qurğulara daxil olacaq, təmizlənərək Xəzər dənizinə axıdılacaq. Hazırda birbaşa kanalzasiya suları axıdılan ərazilərdə çimmək məqsədə uyğun deyil.
Novxanıda bir çox hallarda dənizə yaxşın yerləşən evlər hündürdə yerləşirlər, onlar heç bir qayda-qanuna əməl etmədən birbaşa öz tullantılarını Xəzər dənizinə atırlar. Bu da müəyyən fəsadların yaranmasına gətirib çıxarır”.

  • Əvvəlki

    M.F.Axundov kitabxanası tender elan edib

Digər xəbərlər