ABŞ Federal Ticarət Komissiyasının (FTC) şəxsi reputasiya və məlumatları riskə ataraq istehlakçıların müdafiəsi qanunlarını pozduğunu müəyyən etmək üçün ChatGPT-ni inkişaf etdirən OpenAI ilə bağlı araşdırmaya başladığı bildirilir.
The Washington Post-un xəbərinə görə, FTC tərəfindən OpenAI ilə bağlı hərtərəfli araşdırma başladılıb.
OpenAI-nin şəxsi reputasiya və məlumatları riskə ataraq istehlakçıların müdafiəsi qanunlarını pozub-pozmadığını araşdıran FTC, San-Fransiskoda yerləşən şirkətdən süni intellekt modelləri ilə bağlı riskləri necə idarə etdiyinə dair qeydlər tələb edib.
Komissiya OpenAI-dən onun məhsulları ilə bağlı daxil olan "fiziki şəxslər haqqında yalan, aldadıcı və ya alçaldıcı bəyanatlar" verən bütün şikayətlərin ətraflı təsvirini təqdim etməyi xahiş edib.