USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Taksi qiymətləri artdı - Bu sahə necə tənzimlənəcək?

24.07.2023 Digər
14 26
“Taksi fəaliyyəti ilə bağlı hələ konkret addım atılmayıb, qanun layihəsi hazırlanır”.

Kommersant.az xəbər verir ki, bu sözləri nəqliyyat məsələləri üzrə ekspert Yasin Mustafa bu gün ölkədə taksi xidmətində bahalaşma ilə bağlı yayılan xəbərləri şərh edərkən deyib.

Ekspert bildirib ki, bu sahənin tənzimlənməsi üçün ciddi addımlar atılacaq:

“Taksi fəaliyyəti ilə məşul olan fərdi şəxs və ya şirkətlərə fəaliyyət, xidmət səviyyəsini yüksəltmək, qiymət artımına getməmək üçün müəyyən normalar tətbiq etmək lazımdır. Bunun üçün də ciddi araşdırılıb, qərarlar qəbul edilməlidir”.

Yasin Mustafa deyir ki, bizdə taksi qiymətləri çox aşağıdır:

Bəzi taksi şirkətləri başlanğıc qiymətə müəyyən artımlar edib . Müəyyən artımlar olsa da yenə də qiymətlər aşağıdır”.

Ekspertin sözlərinə görə, taksi fəaliyyətindəki qiymət artımı ictimai nəqliyyatdan istifadəyə gətirib çıxaracaq:

“Doğrudur, mən buna haqq qazandırmıram. Amma taksi qiymətləri nə qədər aşağı olsa, vətəndaşlar ictimai nəqliyyatdan çox taksilərin xidmətindən istifadə etməyə çalışacaq. Bu da bizim siyasətimizə, şəhərdəki sıxlığın azaldılmasına, ekoloji vəziyyətin düzəldilməsinə mənfi təsir edir. Çünki hər kəs taksidən isifadə edir. Bu da bir nəfər bir maşın, beş nəfər beş maşın deməkdi. Halbuki bir avtobusa 80 nəfər minib, hərəkət edə bilər. Hər bir halda ictimai nəqliyyata daha çox üstünlük vermək, ictimai nəqliyyatı təkmilləşdirmək, avtobus zolaqlarını artırmaq, zolaqların fəaliyyətini optimallaşdırmaq və s. kimi məsələlərə daha çox diqqət ayırmaq lazımdı”.

Qeyd edək ki, bu gündən Azərbaycanda bəzi taksi şirkətləri yaxın məsafələrə gediş haqqını artırıb. "Uber", "Bolt" və "Yango" şirkətlərində qısa məsafələrə səfərlər üçün minimum məbləğ 2,50 manatdan başlayır. Əvvəllər bu məbləğ 1-1,60 manat təşkil edirdi.