Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) hər il 8,7 milyon insanın tütün istifadəsi səbəbindən dünyasını dəyişdiyini açıqlayıb.
Kommersant.az xəbər verir ki, ÜST-nin qlobal tütün epidemiyası ilə bağlı 9-cu hesabatı dərc olunub. Hesabatda tütün istifadəçilərinin təxminən yarısının öldüyü bildirilir:
"Tütün hər il 8 milyondan çox insanı öldürür. Bunlara siqaret tüstüsünə passiv məruz qalan 1,3 milyon siqaret çəkməyən insan daxildir".
Açıqlamada bildirilir ki, dünyada 1,3 milyard tütün istifadəçisinin təxminən 80%-i orta və aşağı gəlirli ölkələrdə yaşayır.
Hesabatda dünya əhalisinin 71 faizini təşkil edən 5,6 milyard insanın bu gün ölümcül tütün istifadəsindən həyatlarını xilas etmək üçün həyata keçirilən ən yaxşı siyasətlərdən biri ilə qorunduğu və bu rəqəmin 2007-ci illə müqayisədə 5 dəfə artdığı vurğulanıb.
Açıqlamada, son 15 ildə ÜST-nin Tütünlə Mübarizə üzrə Çərçivə Konvensiyası çərçivəsində tətbiq etdiyi tütünlə mübarizə strategiyası (MPOWER) sayəsində tütündən istifadədə azalma olduğu bildirilib.