2023-cü ildə Azərbaycanda orta illik inflyasiya 10,4 təşkil edəcək.
Kommersant.az xəbər verir ki, bu barədə Maliyyə Nazirliyinin 2023-cü ilin dövlət və icmal büdcələrinin yarımillik icrasına dair arayış və ilin sonuna gözləntilər sənədində qeyd olunub.
Bildirilir ki, orta illik inflyasiya ilkin proqnozlar zamanı 6,9% səviyyəsində nəzərdə tutulsa da, yenidən baxılma zamanı faktiki göstəricilər, gözlənilən meyillər nəzərə alınmaqla 10,4% səviyyəsində olacağı proqnozlaşdırılır.