USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Avtomobil qiymətləri - UCUZLAŞDI

04.08.2023 Digər
36 5
“Hazırda mövsümlə əlaqədar Azərbaycanın ikinci əl avtomobil bazarında aktivlik azalıb. Adətən hər il iyul ayının ortalarına qədər bazarda fəallıq olur, amma həmin vaxtdan avqustun 20-nə qədər aktivlik ciddi şəkildə azalır”.

Bu sözləri Bizim.Media-ya açıqlamasında nəqliyyat eksperti Eldəniz Cəfərov səsləndirib.

Ekspert bazarda köhnə avtomobillərin qiymətinin sonuncu dəfə aprel və may aylarında bahalaşdığını diqqətə çatdırdı.

Onun sözlərinə görə, hazırda qiymətlər stabildir:

“Hətta qiymətlər fevral-mart aylarındakı səviyyəsinə düşüb. Bahalaşma əsasən ölkəyə yeni daxil olan avtomobillərdə müşahidə olunur. Avqustun ortalarından etibarən qiymətlərin 3 faizə qədər bahalaşacağı gözlənilir ki, bu da daxili bazarla əlaqədardır. Belə ki, avtomobil sənayeçiləri ehtiyat hissələrinin və daşınma xidmətlərinin bahalaşması ilə əlaqədar olaraq, qiymətləri qaldırırlar”.

Müsahibimiz qeyd etdi ki, “Utilizasiya haqqında” qanun qəbul olunduqdan sonra ikinci əl avtomobillərin qiyməti sabit saxlanılacaq:

“İstehsal ili bir qədər köhnə olan, yəni 1980-ci illərin avtomobillərində kəskin ucuzlaşma ola bilər”.