Böyük Britaniyada hava nəqliyyatı sistemində yaranan texniki problem səbəbindən uçuşlar dayandırılır, bəzi aviaşirkətlər müştərilərinə gecikmələr barədə xəbərdarlıq edir.
Milli Hava Trafik Xidmətləri (NATS) tərəfindən AA-ya verilən açıqlamada, hava hərəkəti sistemində texniki problemin olduğu və təhlükəsizliyi təmin etmək üçün nəqliyyat axınına bəzi məhdudiyyətlərin tətbiq edildiyi bildirilib.
Mühəndislərin problemi düzəltmək üçün çalışdıqları bildirilən açıqlamada, "Böyük Britaniya hava məkanının bağlanmadığını açıq şəkildə bildirməliyik. Təhlükəsizliyi təmin etmək üçün nəqliyyat axınına məhdudiyyətlər qoymalı olduq" məlumatı paylaşılıb.
NATS problemin həlli ilə bağlı heç bir qrafik açıqlamayıb və qeyd edib ki, vətəndaşlar uçuşların vəziyyətini aviaşirkətlərdən öyrənməlidirlər.