USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Paytaxtda bu marşrutlar gecikir - SİYAHI

31.08.2023 Digər
0 0
Paytaxtda səhərin pik saatlarında küçə və prospektlərdə olan sıxlıqlarla əlaqədar bir sıra marşrut xətlərində gecikmələr var.

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) Trend-ə bildirilib ki, aşağıdakı istiqamətlər üzrə gecikmələr müşahidə edilir:

1. "Bakı-Sumqayıt şosesi" - "Bakı Beynəlxalq Avtovağzal Kompleksi" - "Moskva prospekti" - "20 Yanvar dairəsi istiqamətində" 2, 7A, 13, 14, 18, 29, 67, 83, 92, 96, 114A, 114B, 119, 135 və 199 nömrəli müntəzəm marşrut xətlərindəki avtobuslararası 17-20 dəqiqə gecikmə müşahidə olunur.

2. Ziya Bünyadov prospektinin, Müzəffər Nərimanov küçəsi ilə kəsişməsindən başlayaraq köməkçi yol, eyni zamanda, M.K.Atatürk prospekti ilə kəsişməsindən Azadlıq prospekti ilə kəsişməsinə qədər olan hissə - köməkçi yolda 20 Yanvar dairəsi istiqamətində, həmçinin əks istiqamətdə 7A, 7B, 11, 24, 67, 71, 85 və 199 nömrəli müntəzəm marşrut xətlərindəki avtobuslararası intervallarda 9-15 dəqiqə gecikmə var.

3. Binəqədi şosesi – şəhər istiqamətində sıxlıq yaranıb. Bu səbəbdən də həmin ərazidən keçən 71, 79, 133, 165, 179, 202 nömrəli müntəzəm marşrut xətlərindəki avtobuslararası intervallarda 12-18 dəqiqə gecikmə müşahidə olunur.

4. Tbilisi prospekti – 20 Yanvar dairəsi və şəhər istiqamətində 2, 13, 65 və 79 nömrəli müntəzəm marşrut xətlərindəki avtobuslararası intervallarda 9-12 dəqiqə gecikmə qeydə alınır.

5. Zabrat şosesi – şəhər istiqamətində 40, 131, 163, 216, 217 və M8 nömrəli müntəzəm marşrut xətlərindəki avtobuslararası intervallarda 14-15 dəqiqə gecikmə müşahidə olunur.

6. 8 Noyabr prospekti – Şəhər istiqamətində istiqamətində sıxlıq yaranıb. Bu səbəbdən həmin ərazidən keçən 21, 32, 46, 175 nömrəli müntəzəm marşrut xəttindəki avtobuslararası intervallarda 9-13 dəqiqə gecikmə var.

7. Qara Qarayev prospekti – Ziya Bünyadov prospekti istiqamətində nəqliyyat vasitələrinin hərəkətinə qoyulan məhdudiyyət səbəbindən 7A, 11, 15, 30, 35, 40, 44, 49, 51, 62, 64, 81, E1 nömrəli müntəzəm marşrut xətlərindəki avtobuslararası intervallarda 18-22 dəqiqə gecikmə müşahidə olunur.