ABŞ Müdafiə Nazirliyi (Pentaqon) hökumətin “naməlum anomal fenomen” (UAP) adlandırdığı “naməlum uçan obyektlər” (UFO) haqqında rəsmi məxfilikdən çıxarılan məlumatları təqdim edəcək yeni internet saytı istifadəyə verib.
Pentaqonun sözçüsü Patrick Ryder dünən verdiyi mətbuat şərhində, Pentaqonun UFO-ları anlamaq üçün göstərdiyi səylər haqqında ictimaiyyətə məlumat vermək üçün Departamentin Bütün Sahə Anomaliyalarının Həlli Ofisi (AARO) ilə birlikdə "www.aaro.mil" internet saytını açdığını söylədi.
Veb saytında məxfiliyi ləğv edilmiş və ictimaiyyətə açıqlanması üçün təsdiqlənmiş UAP hallarının video və fotoşəkillər də daxil olmaqla məlumat təqdim edəcəyini bildirən Ryder, saytda rəsmi hesabatlar, stenoqramlar, press-relizlər və ictimaiyyətin faydalı ola biləcəyi digər mənbələrin də yer aldığını söylədi.
Rayder vurğulayıb ki, Pentaqonun AARO-nun UFO-larla bağlı işi barədə ictimaiyyətə şəffaf olmaq öhdəliyi var.