ABŞ-ın Los-Anceles şəhərindəki qalereyada nümayiş etdirilən 1,5 milyon dollar dəyərində tarixi Yapon Budda heykəli oğurlanıb.
Los-Anceles polisinin verdiyi məlumata görə, təxminən 114 kiloqram ağırlığında və 1,5 milyon dollar dəyərində olan Budda heykəli sentyabrın 18-də nümayiş etdirildiyi Bərəkət Qalereyasından oğurlanıb.
Təhlükəsizlik kameralarına düşən hadisədə oğruların yük maşını ilə qalereyaya gələrək qalereyanın həyətindəki heykəli yük maşınına yüklədikləri görünür.