USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

İranda eşidilən 'sirli' səsə zəlzələ səbəb olub

26.09.2023 Digər
0 0
Bildirilib ki, zəlzələ İranın şərqində, İnqilab Keşikçiləri Ordusunun raket bazasının yerləşdiyi Xürrəmabad şəhərində eşidilən yüksək səsə səbəb olub.

Ötən gecə İranın Luristan əyalətinin Xürrəmabad şəhərində güclü səs-küy baş verib.

Zəlzələnin 8 kilometr dərinlikdə baş verdiyini bildirən İran rəsmisi, "Bu zəlzələnin dərinliyi kiçik olduğundan bölgə əhalisi bunu hiss etdi. Kiçik zəlzələlər adətən hiss olunmur, ancaq dayaz yerdə kiçik zəlzələlər baş verdikdə hiss olunur” dedi.

Qeyd olunub ki, maqnitudası 2,5 və daha yüksək olan zəlzələlər institutun saytında elan olunduğundan institut ötən gecə baş vermiş zəlzələ ilə bağlı zəlzələ məlumatı təqdim etməyib.