Bildirilib ki, Pakistanın iki əyalətində törədilən terror aktları nəticəsində 57 nəfər ölüb, 140-dan çox insan yaralanıb.
Pakistanın Bəlucistan və Xeyber-Paxtunxva əyalətlərində həyata keçirilən terror aktlarında 2-si polis olmaqla 57 nəfər həyatını itirib, 140-dan çox adam yaralanıb.
Milli mətbuatda yer alan xəbərə görə, Bəlucistanın Mastunq bölgəsində bir məscidin yaxınlığında vətəndaşların Mövlud Kandili üçün toplaşdıqları ərazidə terror aktı törədilib.
Hücumda biri polis məmuru olmaqla 52 nəfər həyatını itirib, 130-dan çox adam yaralanıb.
Partlayış bölgəsinə çoxlu təcili yardım maşınları və axtarış-xilasetmə qrupları göndərilib.
Səlahiyyətlilər hadisənin intiharçı hücumu ola biləcəyi ehtimalını nəzərdən keçirir.
Hələlik heç kim hücuma görə məsuliyyəti üzərinə götürməyib.