2023-cü il Fizika üzrə Nobel Mükafatını maddədə elektron dinamikası üzərində işlərinə görə amerikalı fizik Pierre Agostini, macar fiziki Ferenc Krausz və fransız fiziki Anne L'Huillier qazanıblar.
İsveç Kral Elmlər Akademiyasında keçirilən mətbuat konfransında Fizika üzrə Nobel Mükafatı "ən kiçik zaman vahidi olan attosaniyə işıq impulslarını yaradan eksperimental üsulları kəşf edən Aqostini, Krausz və L'Huillierə verilib.
Mətbuat konfransında bildirilib ki, Agostini, Krausz və L'Huillier elektronların hərəkət etdiyi və ya enerji dəyişdiyi prosesləri ölçmək üçün istifadə edilə bilən qısa işıq impulsları yaratmağın bir yolunu kəşf ediblər.