2024-cü ildə Azərbaycanda dövlət büdcəsində televiziya, radio və nəşriyyat xərcləri artırılır.
Bu barədə Kommersant.az-a Maliyyə Nazirliyinə istinadən xəbər verir.
Layihəyə əsasən, gələn il televiziya, radio və nəşriyyat xərcləri 67 589 813 manat təşkil edəcək. Bu göstərici 2023-cü ilin təsdiq olunmuş proqnozu ilə müqayisədə 10.8% və ya 6,565,700 manat çoxdur.